• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Əhalinin əczaçılıq məhsulları üçün xərci 26%-ə yaxın artdı

CƏMİYYƏT

11 Fevral 2026 | 15:53

Əhalinin əczaçılıq məhsulları üçün xərci 26%-ə yaxın artdı

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 141,1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,6% çoxdur.

Hesabat ayında əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 2,7% təşkil edib.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 5,3 milyard manatlıq, o cümlədən 2,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.


SON XƏBƏRLƏR