• Bakı C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Şəkidə 66 yaşlı kişi öldürüldü - Saxlanılan var

HADİSƏ

12 Yanvar 2026 | 16:34

Şəkidə 66 yaşlı kişi öldürüldü - Saxlanılan var

Şəki rayonunda 66 yaşlı kişi öldürülüb, hadisədə şübhəli bilinən şəxs tutulub.

Bakıvaxtı.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun İnçə kəndində baş verib.

Belə ki, yanvarın 10-da kənd ərazisində 1960-cı il təvəllüdlü Səttar Nəbiyevlə 26 yaşlı Hüseyn İsmayılov arasında şəxsi münasibətlər zəminində mübahisa yaranıb. Mübahisə zamanı H.İsmayılov S.Nəbiyevin üz nahiyəsinə əli ilə vuraraq xəsarət yetirib. Bundan sonra xəsarət alan şəxs H.İsmayılovun atası tərəfindən evinə aparılarkən o, yolda avtomobildən enib və bir qədər getdikdən sonra yıxılaraq növbəti dəfə xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən S.Nəbiyev bu gün aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H.İsmayılov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR