Ötən il Azərbaycanda 51,5 mlrd. kubmetr təbii qaz hasil edilib ki, bu da illik müqayisədə 2,4% çoxdur.
Bakıvaxtı.az Energetika Nazirliyinin operativ məlumatına istinadən xəbər verir ki, hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb”.
Nazirliyin məlumatına əsasən, 2024-cü ildə ölkədə 50,3 mlrd. kubmetr qaz hasil edilib.
Bakı 




