• Bakı 12° C

    10.38 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Tavanı uçan restoranda yaralanan şəxsin vəziyyəti - YENİLƏNİB

HADİSƏ

12 Yanvar 2026 | 15:22

Tavanı uçan restoranda yaralanan şəxsin vəziyyəti - YENİLƏNİB

Bakıda qadın kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, 11 yanvar 2026-cı il tarixində saat 17:00 radələrində Nizami küçəsindən təcili çağırış daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb edilib.

Hadisə yerində bir qadına ilkin tibbi yardım göstərilib və o, qapalı kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Kliniki Tibbi Mərkəzin məlumatına görə, 1983-cü il təvəllüdlü qadına zəruri tibbi xidmət göstərilib və vəziyyəti stabilləşdirildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.

Aynur Babazadə

***

13:33

Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən “Bonte” adlı restoranın tavanı uçub.

Bakıvaxtı.az Gununsesi.info-ya istinadən xəbər verir ki, hadisə nəticəsində işçilər xəsarət alıb.

Restorana çağırılmış Təcili Tibbi Yardım başından xəsarət alan əməkdaşları xəstəxanaya çatdırıb, onların başına tikiş qoyulub.

Sayt hadisə ilə bağlı “Bonte”nin sahibi ilə əlaqə saxlaya bilməyib, lakin restoranın administratoru Sani Quliyev faktı təsdiq edib.

O bildirib ki, tavanın çökməsi nəticəsində 1 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR