• Bakı C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Dəniz suyunun hesabına 100 milyon m³-lik təminat yaradılacaq

CƏMİYYƏT

12 Yanvar 2026 | 15:54

Dəniz suyunun hesabına 100 milyon m³-lik təminat yaradılacaq

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar illik 100 milyon m³ içməli su təminatının yaradılması nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində təmizlənmiş tullantı sularından təkrar istifadə imkanlarının təmin edilməsi, "Bakı Metropoliteni" QSC-nin stansiyalarında və digər ərazilərdə formalaşan qrunt

sularından istifadəyə dair 3 pilot layihənin həyata keçirilməsi planlaşdırılır.


SON XƏBƏRLƏR