• Bakı 12° C

    10.38 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldıldı

SİYASƏT

12 Yanvar 2026 | 13:49

Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldıldı

Azərbaycanda hərbi xidmətin təşkili ilə bağlı qanunvericiliyə dəyişikliklər edilib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanun imzalayıb.

Dəyişikliklərə əsasən, qanunvericilikdə “Hərbi xidmət haqqında” anlayışı “Hərbi vəzifə və hərbi xidmət haqqında” anlayışı ilə əvəz olunub. Bununla yanaşı, həqiqi hərbi xidmətin növləri dəqiqləşdirilib. Belə ki, müddətli həqiqi hərbi xidmət, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti və müddətdən artıq həqiqi hərbi xidmət əsas xidmət növləri kimi müəyyən edilib.

Zabitlərlə bağlı müddəalarda da yeniliklər edilib. Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında könüllü hərbi xidmətə daxil olan zabitlər üçün xidmət müddəti 1 il müəyyən edilib. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilə bilərlər. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün isə bağlaşma ilə xidmət müddəti 3 ilədək nəzərdə tutulub.

Qanunvericiliyə edilən dəyişikliklərdən biri də 6 aylıq xidmət müddəti ilə bağlıdır. Belə ki, bir sıra maddələrdən “6 ay” ifadəsi çıxarılıb və zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirən ali təhsilli müddətli hərbi qulluqçuların zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olması ilə bağlı yeni norma əlavə edilib.

Eyni zamanda, hərbi rütbələrin verilməsi, vəzifəyə təyinat və həqiqi hərbi xidmətdən buraxılma ilə bağlı qaydalarda texniki və məzmun xarakterli düzəlişlər aparılıb.

Qeyd edək ki, dəyişikliklər “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.5-ci maddəsində də əksini tapıb və həmin maddədən “6 ay” ifadəsi çıxarılıb.


SON XƏBƏRLƏR