Şirvanda dəm qazından zəhərlənən 14 yaşlı qızın vəziyyəti ağırdır.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasından Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.
Zeynəb Rzayeva
***
17:25
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib.
Bakıvaxtı.az xəbər verir ki, Şirvan sakini, 2012-ci il təvəllüdlü A.X. hamam otağında dəm qazından zəhərlənib.
O, Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Bakı 




