ABŞ Prezidenti Donald Trampın korteji Floridadakı səfəri zamanı "şübhəli əşya" aşkarlanması səbəbindən marşrutunu dəyişməli olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərə açıqlayıb.
Levitt bildirib ki, ABŞ Məxfi Xidməti Palm-Biç hava limanında ilkin yoxlama apararkən şübhəli əşya aşkar edib. Əlavə təhlükəsizlik tədbirləri görüldüyü üçün prezident kortejinin hərəkət planı uyğun şəkildə dəyişdirilib.
Qeyd olunur ki, Tramp həftəsonunu Floridada keçirmiş və oradan öz təyyarəsi ilə havaya qalxaraq KİV nümayəndələri ilə söhbət edib. Prezident hadisədən xəbərsiz olduğunu bildirib.
Xatırladaq ki, 2024-cü ilin payızında Trampa Floridadakı qolf klubunun yaxınlığında sui-qəsd cəhdi olmuş, əvvəlki yayda isə Pensilvaniyada çıxışı zamanı Tramp qulağından yaralanmışdı. Hər iki hadisədə ABŞ Məxfi Xidməti təhlükəni aradan qaldırmışdı./Milli.az
Bakı 




