• Bakı 13° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Ukraynada prezident seçkiləri ilə bağlı xəbərlər yalandır - YENİLƏNİB

DÜNYA

11 Fevral 2026 | 13:43

Ukraynada prezident seçkiləri ilə bağlı xəbərlər yalandır - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenskinin fevralın 24-də prezident seçkiləri və Rusiya ilə sülh sazişi üzrə referendum elan edəcəyi barədə məlumat təkzib edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasına istinadla “RBC-Ukraine” məlumat yayıb.

Mənbə bildirib ki, təhlükəsizlik olmayacağı təqdirdə seçkilərlə bağlı heç bir açıqlama verilməyəcək.

Xatırladaq ki, təkzib edilən informasiya “The Financial Times” tərəfindən yayılmışdı.

***

11:15

Ukrayna Prezidenti Volodimir Zelenski 24 fevralda prezident seçkilərinin və referendumun təşkili ilə bağlı planını açıqlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Ukrayna və Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Xəbərə görə, Ukrayna artıq Rusiya ilə mümkün sülh müqaviləsi ilə bağlı referendumla yanaşı, prezident seçkiləri planlaşdırmağa başlayıb. 

Qeyd edək ki, 24 fevral 2022-ci il işğalından bəri davamlı olaraq qüvvədə olan hərbi vəziyyət seçkilərin keçirilməsinə mane olur. 10-12 noyabr 2023-cü il tarixlərində görüşən Ukrayna siyasi partiyaları hərbi vəziyyətin bitməsindən altı ay sonra seçkilər təşkil etmək barədə razılığa gəliblər.

Aydın Baxış


SON XƏBƏRLƏR

03 Aprel 2026