Rusiya səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Səfirə dövlət telekanalının proqramının efirində verilən bəyanatlardan dərin hiddət ifadə edən etiraz notası təqdim olunub.
“Dövlət telekanalının proqramının efirində verilən bəyanatların Ermənistan Respublikasının suverenliyinə qarşı qəbuledilməz təcavüz, düşmənçilik təzahürü olduğu və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin təməl prinsiplərini kobud şəkildə pozduğu vurğulanıb”, - XİN-in məlumatında deyilir.
Qeyd edək ki, rusiyalı jurnalist Vladimir Solovyovun Ermənistanda “xüsusi hərbi əməliyyat”ın aparılmasının mümkünlüyünü bildirib./APA
Bakı 




