• Bakı C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Temperatur 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

CƏMİYYƏT

12 Yanvar 2026 | 17:19

Temperatur 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə yanvarın 13-ü gündüzdən 14-ü axşamadək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Zəngilan, Qobustan, Xızı, Qusar, Mingəçevir, Yevlax, Tərtər, Neftçala, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, Daşkəsəndə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu da narıncı xəbərdarlığa uyğundur.

Ölkənin digər bölgələrində isə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək. Bu isə sarı xəbərdarlıqdır.

***

16:38

Azərbaycanda yanvarın 13-ü axşamdan 14-ü axşamadək qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 14-ü axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, 13-dən 14-nə keçən gecə və 14-də ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında yanvarın 13-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.


SON XƏBƏRLƏR