• Bakı C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

"Nənəmin təndiri"ndə nöqsanlar aşkarlandı - FOTO

CƏMİYYƏT

11 Fevral 2026 | 17:16

Nənəmin təndirində nöqsanlar aşkarlandı - FOTO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən "Nənəmin təndiri" çörək emalı müəssisəsində yoxlama keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, istehsal müəssisəsində sanitariya norma və qaydalarına riayət edilmir, texniki normativ hüquqi aktların tələbləri pozulub.

Baxış zamanı müşayiətedici sənədləri olmayan toyuq əti və yararlılıq müddəti qeyd edilməyən toyuq farşı aşkarlanıb.

Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarı barəsində inzibati protokol tərtib olunub


SON XƏBƏRLƏR