"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Türkmənistana səfəri çərçivəsində Türkmənbaşı Beynəlxalq Dəniz Limanında olub.
Bakıvaxtı.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, Limanın direktoru Parahat Cumayev ADY nümayəndə heyətinə Türkmənbaşı Limanının mövcud infrastrukturu, texniki imkanları və tranzit potensialı barədə geniş məlumat verib.
Həmçinin regional yükdaşımaların inkişafında Türkmənbaşı Beynəlxalq Dəniz Limanının rolu, Bakı Beynəlxalq Dəniz Limanı ilə Türkmənbaşı Limanının inkişafının sinxronlaşdırılması və dənizdə dibdərinləşdirmə işlərinin aparılması müzakirə edilib. Xəzər dənizi – Qara dəniz bağlantısının genişləndirilməsinin Orta Dəhliz üzrə daşımaların həcminin və əməliyyatların səmərəliliyinin artırılmasına töhfə verəcəyi vurğulanıb.
Limanların Avrasiya Nəqliyyat Marşrutu üzrə koordinasiyalı fəaliyyətinin Orta Dəhlizlə səmərəli, sürətli və təhlükəsiz yükdaşımaların təmin edilməsi baxımından vacibliyi bildirilib.
Bakı 









