Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.
1982-ci il təvəllüdlü Hüseynova Lətafət Bahəddin qızı idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə yolu keçən piyadanı vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




