• Bakı 12° C

    10.38 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

İran həm müharibəyə, həm də danışıqlara hazır olduğunu açıqladı

DÜNYA

12 Yanvar 2026 | 13:35

İran həm müharibəyə, həm də danışıqlara hazır olduğunu açıqladı

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin həm müharibəyə, həm də qarşılıqlı hörmətə əsaslanan danışıqlara hazır olduğunu açıqlayıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, o, etirazların dinc başladığını, lakin xarici müdaxilə nəticəsində zorakılığa çevrildiyini bildirib.

Əraqçi ABŞ və İsrailin İranda terror hücumlarında iştirak etdiyini iddia edərək danışıqların ədalətli və bərabər hüquqlara əsaslanmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, etirazlarda bugünədək 544 nəfər ölüb, 10 min 681 nəfər isə saxlanılıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR