• Bakı C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 2.0243

    RUB - 2.2016

Somalidə sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb

DÜNYA

11 Fevral 2026 | 10:02

Somalidə sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb

Somalinin paytaxtı Moqadişuda yerləşən Aden Adde Beynəlxalq Hava Limanında sərnişin təyyarəsinin uçuş-enmə zolağından çıxdığı bildirilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, Somali Mülki Aviasiya İdarəsinin baş direktoru Əhməd Müəllim Həsən açıqlamasında bildirib ki, hava limanından havaya qalxan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən qısa müddət sonra geri dönməyə məcbur olub.

Onun sözlərinə görə, təyyarə eniş etdikdən sonra idarəetməni itirərək zolağın kənarına çıxıb.

Rəsmi məlumatda hadisə nəticəsində ölən və ya yaralanan olmadığı qeyd edilib.

Ölkənin aviasiya orqanları qəzanın səbəblərinə dair texniki araşdırmanın davam etdiyini açıqlayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

10 Fevral 2026