İsveçin sahil mühafizəsi Baltik dənizinin Trelleborq sahillərində "Sea Owl I" tankerini nəzarətə götürüb.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, Komor bayrağı altında üzən gəmi saxta bayraqdan istifadə etməkdə şübhəli bilinir. Öz növbəsində, sahil mühafizəsinin əməliyyatlar üzrə rəis müavini Daniel Stenling, dəniz təhlükəsizliyi və ətraf mühit üçün yüksək təhdid səbəbindən İsveç hakimiyyətinin müdaxilə üçün əsaslarının olduğunu bildirib.
Onun sözlərinə görə, gəmiçilik və ətraf mühit üçün risk məqbul hədləri aşıb və bu da tədbir görülməsini tələb edib. "Sea Owl I" tankeri Avropa Birliyi də daxil olmaqla bir neçə ölkənin sanksiya siyahısındadır.
Bakı 




