• Bakı C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

"Rusiya Köçəryanı hakimiyyətə qaytarmaq istəyir" - İDDİA

DÜNYA

13 Mart 2026 | 09:26

Rusiya Köçəryanı hakimiyyətə qaytarmaq istəyir - İDDİA

“Rusiya Robert Köçəryanı yenidən Ermənistanda hakimiyyətə gətirmək istəyir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu erməni jurnalist Abo Çaparyan deyib.

“Kilsə işğal olunub və onun rəhbərləri Rusiya KQB-sinə xidmət edirlər. “5-ci kolon” Ermənistanı “İttifaq Dövləti”nə daxil etmək istəyir. Talançılar “xeyriyyəçilərə” çevriliblər. Kreml dövriyyəyə külli miqdarda pul qoyub. Əsas məqsəd Robert Köçəryanı hakimiyyətə qaytarmaqdır. O, Kremlin itaətkar xidmətçisidir, “İkinci Gümrü” ssenarisini təkrarlamaq istəyirlər. Rusiya onları Ermənistanı öz əyalətinə çevirməyə məcbur edir”, - o bildirib.

Çaparyan əlavə edib ki, “rus köləsi” “Daşnaksütyun” (terror təşkilatı) da Ermənistana qarşı təbliğat aparır.


SON XƏBƏRLƏR

12 Mart 2026