• Bakı 11° C

    14.84 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

“İslamabad danışıqları uğursuz oldu” - Bəqai

DÜNYA

12 Aprel 2026 | 09:15

“İslamabad danışıqları uğursuz oldu” - Bəqai

“İslamabad danışıqları uğursuz oldu, amma diplomatiya heç vaxt bitmir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Pakistanın İslamabad şəhərində İran və ABŞ arasında keçirilən danışıqlardan sonra deyib.

O bildirib ki, İran və ABŞ bir sıra məsələlərdə anlaşma əldə ediblər amma 2-3 vacib məsələdə fikir ayrılıqları olub.

Sözçü həmçinin qeyd edib ki, danışıqlar raundu 24 və ya 25 saat davam edib.

“Bu danışıqlar 40 günlük məcburi müharibədən sonra, inamsızlıq və şübhə mühitində keçirildi. Təbii ki, əvvəldən bir görüşdə razılığa gələcəyimizi gözləməməli idik. Bunu heç kim gözləmirdi”, - deyə o bildirib.


SON XƏBƏRLƏR

11 Aprel 2026