Yaxın Şərqdə davam edən müharibə hər gün Rusiyaya əlavə 150 milyon dollar neft gəliri gətirir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Financial Times”da yayımlanan araşdırmada deyilir.
Qeyd olunur ki, Hörmüz boğazının faktiki bağlanması Hindistan və Çinin Rusiya neftinə tələbatının artmasına və qiymətlərin yüksəlməsinə səbəb olub. Nəticədə Moskva artıq neft ixracından təxminən 1,3-1,9 milyard dollar gözlənilməz gəlir əldə edib.
FT-nin hesablamalarına görə, bu templə Rusiya büdcəsinə mart ayının sonuna qədər əlavə 3,3-4,9 milyard dollar gəlir daxil olacaq.
Bakı 




