İraq Kürdüstanının Ərbil şəhəri yaxınlığındakı hərbi bazaya edilən hücum zamanı 7-ci Alp Atıcı Batalyonunun adyutant-rəisi Arnaud Frion həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində yazıb.
"Millətin minnətdarlığını və həmrəyliyini onun ailəsinə və yoldaşlarına bildirmək istəyirəm. Bir neçə hərbçimiz yaralanıb. Fransa onlara və onların yaxınlarına öz dəstəyini ifadə edir", - deyə o bildirib.
Makron İŞİD-ə qarşı mübarizədə iştirak edən Fransa qüvvələrinə edilən hücumu qəbuledilməz adlandırıb.
"Onların İraqdakı mövcudluğu yalnız terrorizmə qarşı mübarizə kontekstindədir. İrandakı müharibə bu cür hücumlar üçün bəraət qazandıra bilməz", - deyə Fransa prezidenti əlavə edib.
Bakı 




