Seysmoloqlar Xabarovsk diyarının şimal sahilləri yaxınlığında Oxot dənizində 6 maqnitudalı zəlzələ qeydə alıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialının "Yujno-Saxalinsk" seysmik stansiyasından bildirilib.
Məlumata görə, yeraltı təkanlar Saxalin vaxtı ilə saat 17:29-da (Moskva vaxtı ilə 09:29-da) 30 km dərinlikdə Oxotsk qəsəbəsindən 229 km cənub-şərqdə və Maqadandan 300 km cənub-qərbdə yerləşib.
Bakı 




