• Bakı C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Pezeşkian xalqdan üzr istədi

DÜNYA

11 Fevral 2026 | 13:12

Pezeşkian xalqdan üzr istədi

“Xalqdan üzr istəyirik, bu hadisələrdə zərər çəkən hər kəsə xidmət etməyi özümüzə borc bilirik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ölkədə baş vermiş etirazlar barədə danışarkən deyib.

Prezident bildirib ki, hökumət xalqın səsini eşitməyə hazırdır və özünü xalqın xidmətçisi hesab edir:

“Biz özümüzü xalqın qulluqçusu sayırıq, xalqla qarşıdurma axtarmırıq. Amma düşmən cəmiyyətin yarasını daha da dərinləşdirməyə çalışır. Bunun bizim xeyrimizə olmadığını bilməliyik. Biz bir olmalıyıq”.

Pezeşkian iddia edib ki, düşmən media və hərbi təzyiq vasitəsilə İran gənclərinin düşüncəsini çaşdırmağa çalışır:

“Prezident olaraq bütün çatışmazlıqlar və əskikliklərə görə İran xalqından üzr istəyir və bəyan edir ki, 14-cü hökumət xalqın problemlərini qətiyyət və səylə həll etmək üçün bütün imkanlarını səfərbər edib”./Teleqraf 


SON XƏBƏRLƏR