• Bakı C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Rusiya Qərbə mesaj verir: Ukrayna münaqişəsində geri dönüş yoxdur

SİYASƏT

12 Yanvar 2026 | 16:43

Rusiya Qərbə mesaj verir: Ukrayna münaqişəsində geri dönüş yoxdur

Ukraynada müharibə qış aylarına doğru daha mürəkkəb mərhələyə daxil olur. Rusiya və Ukrayna arasında qarşılıqlı zərbələrin intensivləşməsi hərbi əməliyyatların xarakterinin dəyişdiyini göstərir və qarşıdakı dövrdə münaqişənin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı sualları aktuallaşdırır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, Rusiya hərbi qüvvələri hazırda Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir və günbəgün Rusiyanın hərbi texnikası irəliləməkdə davam edir. Artıq Rusiya müasir silahlarını açıq şəkildə nümayiş etdirir və bununla Qərbə açıq mesaj verir ki, Ukraynanı nə qədər silahlandırsanız da, Rusiyanın hərbi qüdrəti qarşısında aciz qalacaqsınız.

Politoloq qeyd edib ki, Rusiya bu müasir silahları döyüş şəraitində tətbiq etməklə həm onları praktiki sınaqdan keçirir, həm də Qərbə siyasi və hərbi mesaj ötürür. Bu cür davranışlar bir daha göstərir ki, Rusiyanın hərbi texnologiyaları Qərbin hərbi texnologiyalarından qat-qat irəlidədir.

Azad Məsiyev: Rusiya müasir silahlarını açıq şəkildə nümayiş etdirir

Onun sözlərinə görə, artıq aydındır ki, Rusiya bu münaqişədə geri çəkilmək niyyətində deyil. Rusiya bu qarşıdurmada diktə edən tərəfə çevrilib və Moskvanın şərtləri qəbul olunmayınca münaqişənin dayanması real görünmür".

Müsahibimiz bildirib ki, xüsusilə müasir silahların nümayişi, Ukraynanın strateji obyektlərinin dağıdılması və bu silahların aktiv istifadəsi ilə Rusiya Qərbə açıq şəkildə göstərir ki, Ukrayna məsələsində geri addım atmayacaq və Rusiyanın şərtləri qəbul edilməlidir. Bu, birbaşa Qərbə ünvanlanmış mesajdır və görünən odur ki, Qərbin siyasi elitası artıq bu reallıqdan müəyyən nəticələr çıxarmağa başlayır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR