Doqquz rayonun 115 min hektaradək əkin sahəsinin suvarma suyu və yaşayış məntəqələrini məişət suyu ilə təmin edən "Qarabağ" kanalının yenidən qurulması üzrə layihə-smeta sənədləri hazırlanır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.
Ş.Mustafayevin sözlərinə görə, 7 suvarma kanalı yenidən qurulub və 3 suvarma kanalının yenidən qurulması davam etdirilir ki, bunlar da ümumilikdə 132,3 min hektar əkin sahəsinə xidmət edir.
"Son illərdə azsululuq dövründə Kür çayının 60 kilometrlik mənsəb hissəsində Xəzər dənizinin təsirindən suda duzluluq konsentrasiyasının artması Kür çayının aşağı axarında yerləşən Neftçala və Salyan rayonlarının ərazisində məskunlaşmış əhalinin suya olan tələbatının ödənilməsində ciddi çətinliklər yaradırdı. Görülən tədbirlər nəticəsində suqəbuledici qurğuların normal istismarı və "Mingəçevir" su anbarının izafi suyun buraxılmasına ehtiyac qalmadan suya olan tələbatın optimal şəkildə ödənilməsi təmin olunub", - deyə Baş nazirin müavini vurğulayıb.
Bakı 




