• Bakı 12° C

    10.38 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Azərbaycandan Gürcüstana qaz ixracının HƏCMİ

İQTİSADİYYAT

12 Yanvar 2026 | 13:47

Azərbaycandan Gürcüstana qaz ixracının HƏCMİ

Ötən il Azərbaycandan Gürcüstana 2,3 milyard kubmetr təbii qaz ixrac edilib.

Bakıvaxtı.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, 2024-cü illə müqayisədə ötən il Azərbaycandan Gürcüstana qaz ixracı 0,1 milyard kubmetr və ya 4,2% azalıb.

Belə ki, 2024-cü ildə Azərbaycandan Gürcüstana 2,4 milyard kubmetr təbii qaz ixrac edilmişdi.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Bu dövrdə qaz ixracı isə 25,2 milyard kubmetr təşkil edib. Bundan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib.


SON XƏBƏRLƏR