• Bakı C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Azərbaycan qeyri-neft-qaz ixracını 9 % artırdı

İQTİSADİYYAT

11 Fevral 2026 | 13:08

Azərbaycan qeyri-neft-qaz ixracını 9 % artırdı

Bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 9 % artaraq 268,4 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 22,6 % artaraq 103 milyon ABŞ dolları olub.

Bundan başqa, hesabat dövründə şəkərin ixrac dəyəri 2,7 dəfə, pambıq ipliyin ixrac dyəri 2,4 dəfə, bitki-heyvan mənşəli piylər və yağların ixrac dəyəri 90,8 %, alüminium və onlardan hazırlanan məmulatların ixrac dəyəri 39,5 %, meyvə-tərəvəzin ixrac dəyəri 32,1 %, pambıq lifinin ixrac dəyəri 23,2 %, çayın ixrac dəyəri 20,9 %, spirtli və spirtsiz içkilərin ixrac dəyəri 14,2 % artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 32,6 % artaraq 85,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 21,9 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 23,8 % artaraq 107,6 milyon ABŞ dolları təşkil edib.


SON XƏBƏRLƏR