q
  • Bakı 13° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Strateji valyuta ehtiyatları BU QƏDƏR olub

İQTİSADİYYAT

13 Mart 2026 | 11:19

Strateji valyuta ehtiyatları BU QƏDƏR olub

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard ABŞ dollarına çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında – Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyəti haqqında hesabatı təqdim edərkən qeyd edib.

O, bildirib ki, ötən il ölkənin strateji valyuta ehtiyatları təxminən 14 milyard ABŞ dolları və ya 20 % artaraq 85 milyard ABŞ dollarını ötüb.

“Bu, ÜDM-in 12 %-ni təşkil edir və dünyada adambaşına düşən valyuta ehtiyatlarına görə ən yüksək səviyyələrdən biridir. Eyni zamanda, xarici dövlət borcunu (4,8 milyard ABŞ dolları) 18 dəfə üstələyir,” – deyə Baş nazir vurğulayıb.


SON XƏBƏRLƏR