• Bakı 11° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Küləyin sürəti saniyədə 28 metri ötəcək - XƏBƏRDARLIQ

CƏMİYYƏT

12 Yanvar 2026 | 18:20

Küləyin sürəti saniyədə 28 metri ötəcək - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti yanvarın 13-ü gündüzdən 14-ü axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən Bakıvaxtı.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Zəngilan, Qobustan, Xızı, Qusar, Mingəçevir, Yevlax, Tərtər, Neftçala, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9–20.7 metr təşkil edəcək.


SON XƏBƏRLƏR