• Bakı C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Şirvan suvarma kanalının yenidən qurulması gələn il başa çatacaq

CƏMİYYƏT

11 Fevral 2026 | 17:52

Şirvan suvarma kanalının yenidən qurulması gələn il başa çatacaq

Şirvan suvarma kanalının yenidən qurulması layihəsinin gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Bakıvaxtı.az bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, layihə 4 mərhələdən ibarətdir. I və IV mərhələlər üzrə işlərin cari ilin sonunadək, II və III mərhələlər üzrə isə gələn ilin sonunadək tamamlanması nəzərdə tutulur. Bununla da layihənin ümumilikdə 2027-ci ilin sonuna qədər başa çatacağı gözlənilir.

Qeyd olunub ki, Şirvan suvarma kanalının başlanğıc sərfinin saniyədə 180 kubmetrə, ümumi uzunluğunu isə 204 km-ə qədər artırmaqla, onun müasir tələblərə uyğun şəkildə yenidən qurulması nəticəsində, Şirvan zonasına daxil olan Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarında ümumilikdə 228 min hektar torpaq sahəsinin suvarma, yaşayış məntəqələrinin isə məişət suyu təminatının yaxşılaşması ilə yanaşı, ətraf ərazilərin meliorativ vəziyyətinə də müsbət təsir göstərəcəkdir. Bununla yanaşı, kanalın sonunda Hacıqabul gölünə suyun çatdırılması ilə onun ekoloji vəziyyətinin yaxşılaşması da təmin ediləcəkdir.

Layihə Prezidentin 15 aprel 2024-cü il tarixli Sərəncamına uyğun olaraq icra edilir və tikinti-quraşdırma işləri təsdiq edilmiş qrafik əsasında davam etdirilir.


SON XƏBƏRLƏR