Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili beş il müddətinə azadlıqdan məhrum ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
O, günahını etiraf edib və təqsirini təsdiq edən sənədi imzalayıb.
Həbs cəzasına əlavə olaraq, Qaribaşvili 1 milyon lari (təxminən 370 min ABŞ dolları) məbləğində cərimə olunub və cinayətkar fəaliyyət nəticəsində əldə etdiyi pulları, eləcə də evində axtarış zamanı müsadirə edilən vəsaitləri dövlətə qaytarmağa borcludur.
Bakı 




