Türk Hava Yolları bu ilin 11 martından etibarən İrəvana uçuşlara başlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Zvartnots" hava limanı bildirib.
Qeyd edilib ki, İstanbul-Yerevan-İstanbul marşrutu üzrə uçuşlar hər gün həyata keçiriləcək və mayın 14-dən etibarən uçuşların tezliyi həftədə 10, iyunun 15-dən isə həftədə 14 uçuşa çatacaq.
Zeynəb Rzayeva
Bakı 




