• Bakı 27° C

    8.38 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Talaçaydan sel keçir

CƏMİYYƏT

14 May 2025 | 09:52

Talaçaydan sel keçir

Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 36 sm, Katexçayda 22 sm, Kiçik Qafqaz ərazisindən axan Qabırrı çayda 12 sm, Əsrikçayda 8 sm, Zəyəmçay və Gəncəçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 25 sm, Tərtərçay-Vəngdə 7 sm, Tərtərçay-Kəlbəcərdə 5 sm artım qeydə alınıb.

Transsərhəd çayı olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 12 sm artıb, su sərfi 575 m3/san olmaqla normanın 77%-ni, Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 10 sm artıb, su sərfi 188 m3/san olmaqla normanın 93%-ni təşkil edir.

Yaxın günlərdə gözlənilən yağıntılar ilə əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025