Bakıxanov qəsəbəsində ticarət mərkəzindən gödəkcə oğurlayan şəxs saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən ticarət mərkəzlərinin birinində mağazanın önündən gödəkçənin oğurlandığını özündə əks etdirən görüntülər yayılıb.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətmiş əvvəllər məhkum olunmuş 34 yaşlı Əbdül Salmanov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb. Ə.Salmanovun Sabunçu rayonu və ya paytaxtın digər ərazilərində analoji hadisələr törədib-törətmədiyini müəyyən etmək istiqamətində araşdırma aparılır.