• Bakı 18° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

ETSN-də Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

CƏMİYYƏT

14 May 2025 | 11:34 | Müəllif: Əli Hüseynov

ETSN-də Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov arasında görüş keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Cəbrayıl rayonunda həyata keçirilən “Türkiyə-Azərbaycan Beynəlxalq Təlim Mərkəzi və Ağıllı Tinglik” layihəsinin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, layihə çərçivəsində görülən işlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026