• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Uçan taksi"nin sürücüsü DANIŞDI - "Cəmi 3-4 min pul yığılıb"

 

 

CƏMİYYƏT

14 Aprel 2025 | 09:50

"Uçan taksi"nin sürücüsü DANIŞDI - "Cəmi 3-4 min pul yığılıb"

Bakıda "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin qəza törədən sürücüsü ilk dəfə danışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov bildirib ki, o, narkoloji testdən keçib:

"Məni sadəcə qıcolma tutdu, dilim qatlandı, bərk qaza basdım".

O, guya 90 min manat pul yığılması və ona avtomobil hədiyyə ediləcəyi ilə bağlı yayılan şayiələrə də aydınlıq gətirib:

"Cəmi 3-4 min pul yığılıb. Maşın da hədiyyə edilməyib. Yalan söhbətdir".

Qeyd edək ki, iki gün əvvəl Bakıda "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin sürücüsü idarəetməni itirərək arakəsməni yararaq, Heydər Əliyev prospekti ilə hərəkətdə olan "Ford"a dəyib, uçaraq yolun o biri tərəfinə düşüb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026