• Bakı 10° C

    16.08 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Nazir: Qarabağ Universitetində 10 fakültənin fəaliyyət göstərməsi planlaşdırılır

CƏMİYYƏT

14 Aprel 2025 | 10:04

Nazir: Qarabağ Universitetində 10 fakültənin fəaliyyət göstərməsi planlaşdırılır

Gələcəkdə Qarabağ Universitetində 10 fakültənin fəaliyyət göstərməsi planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusuna həsr olunmuş konfransda bildirib.

Nazir qeyd edib ki, 2030-cu ilə qədər universitetin musiqi fakültəsi Şuşada, kənd təsərrüfatı fakültəsi isə Xocalıda tədris olunacaq.

E.Əmrullayev universitetin tələbələrinə xüsusi təşəkkür edib:

“Qarabağ Universitetinin mahiyyəti tələbələrdir. Onların universitetin inkişafında rolu böyükdür. Buna görə onlara təşəkkür düşür. Onların əzmi və uğurlu nəticələri sayəsində universitet daha da inkişaf edir və edəcək”.


SON XƏBƏRLƏR