• Bakı 10° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Küləkli, yağışlı hava şagirdlərin davamiyyətinə təsir edibmi? - RƏSMİ

CƏMİYYƏT

15 Aprel 2025 | 12:46

Küləkli, yağışlı hava şagirdlərin davamiyyətinə təsir edibmi? - RƏSMİ

"Təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir".

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Qeyd edək ki, son günlər ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur.

Yağıntılı hava ilə əlaqədər hətta sosial şəbəkələrdə bəzi insanlar əhalini evdən çıxmamağa çağırıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən isə Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 6 mm-dir, bu da aylıq normanın 26 %-ni təşkil edir.

Dağlıq ərazilərə qar yağır, yağan qarın hündürlüyü Xınalıqda 20, Qrızda (Quba) 16, Şahdağda 12, Kəlbəcərdə 5, Qusar və Laçında 4, Qubadlıda 3 sm-dir.

Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şamaxıda 16, Qobustanda 18, Şahbuzda 19, Şahdağda 20, Culfada 24, Bakıda və Abşeron yarımadasında 27 m/s-yə çatır.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR

28 Aprel 2025