CHP-nin (Cümhuriyyət Xalq Partiyası) sədri Özgür Özəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 75 min TL məbləğində mənəvi təzminat ödəyəcək.
Bakıvaxtı.az bu barədə "HaberGlobal"a istinadla xəbər verir.
Bu qərar Özgür Özəlin 26 aprel 2022-ci il tarixində Çağlayan Ədliyyəsinin qarşısında etdiyi çıxışa əsasən verilib. Həmin çıxışda o, Prezident Ərdoğana qarşı məhkəmə müstəqilliyini aradan qaldırmaq kimi ittihamlar irəli sürmüşdü.
Prezidentin vəkili Hüseyn Aydın məsələ ilə bağlı açıqlamasında bildirib: “CHP sədri Özgür Özəlin əleyhinə Ankara Bölgə Ədliyyə Məhkəməsinin 25-ci Hüquq Şöbəsi tərəfindən 75 min TL məbləğində mənəvi təzminat ödənilməsinə qəti qərar verilmişdir”.
Nuriyyə Musayeva