Türkiyədə Krım-Konqo Qanamalı Qızdırması (KKKA) şübhəsi ilə müalicə olunan qadın həyatını itirib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Sivasın Zara rayonunun Ilıca kəndində yaşayan və heyvandarlıqla məşğul olan 35 yaşlı iki uşaq anası Ç.K.-nın bədəninə gənə yapışıb.
Səhhəti pisləşən qadın Sivas Cümhuriyyət Universiteti Sağlamlıq Xidmətləri Tətbiq və Araşdırma Xəstəxanasına aparılıb.
KKKA xəstəliyi şübhəsi ilə reanimasiya şöbəsində müalicə alan Ç.K.-nın həkim müdaxiləsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Mina Mikayılova