• Bakı 19° C

    11.41 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

ABŞ Ukraynaya yardım ayırmaqdan imtina etdi

DÜNYA

14 Iyun 2025 | 09:28

ABŞ Ukraynaya yardım ayırmaqdan imtina etdi

ABŞ Ukraynaya yardım üçün 300 milyon dollar ayrılmasını nəzərdə tutan hərbi xərclər haqqında qanun layihəsinə düzəlişi rədd edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Breaking Defence" məlumat yayıb.

Məlumata görə, parlamentarilər bu düzəlişlə bağlı bir saatdan çox mübahisə ediblər.

Ohayodan Nümayəndələr Palatasının üzvü, demokrat Marsi Kaptur bunun sənədə daxil edilməsini təklif edib.

Respublikaçıların Təxsisatlar Komitəsinin sədri Tom Koul qeyd edib ki, Kiyevə əlavə maliyyənin ayrılmasına dair düzəlişin təsdiqlənməsi bütün qanun layihəsinə respublikaçıların dəstəyini təhlükə altına qoya bilər.

Mina Mikayılova


SON XƏBƏRLƏR