Dünyanın ən yaşlı dövlət başçısı, 92 yaşlı Pol Biya Kamerun prezidentliyinə yenidən namizəd olacaq.
Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bu barədə prezidentin "X" hesabında məlumat verilib.
Bildirilib ki, Biya bu il oktyabrın 12-də keçiriləcək prezident seçkilərində namizəd olduğunu açıqlayıb. Prezident ölkə vətəndaşlarına müraciət edərək, onları xalqın mənafeyinə xidmət etmək əzminə şübhə etməməyə çağırıb.
Biya 1982-ci ildə sələfi və Kamerunun ilk prezidenti Əhmədou Babatur Ahidjo səhhətinə görə istefa verəndən bəri 40 ildən artıqdır ki, ölkə rəhbəridir.
O, ümumilikdə 7 dəfə dövlət başçısı olub.
Gülşən Şərif