• Bakı 25° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

Mirzoyan Boçorişvili ilə danışdı, sülhü müzakirə etdi

DÜNYA

12 Avqust 2025 | 23:31

Mirzoyan Boçorişvili ilə danışdı, sülhü müzakirə etdi

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi müzakirə ediblər.

Maka Boçorişvili erməni həmkarını ölkələr arasında tarixi razılaşmanın əldə olunması münasibətilə təbrik edib. Bildirib ki, bu saziş Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək.

Maka Boçorişvili Gürcüstan tərəfinin regional əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.

Söhbət zamanı tərəflər Gürcüstan ilə Ermənistan arasında ikitərəfli əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.


SON XƏBƏRLƏR

12 Avqust 2025