• Bakı 20° C

    15.16 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Rubio məni əmin etdi ki, Tramp təslim olmayacaq - Peter Siyarto

DÜNYA

11 Sentyabr 2025 | 22:20

Rubio məni əmin etdi ki, Tramp təslim olmayacaq - Peter Siyarto

ABŞ dövlət katibi Marko Rubio macar həmkarı Peter Siyartonu əmin edib ki, Donald Tramp administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində səylərini davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto feysbukda yayımlanan videomüraciətində deyib.

Onun sözlərinə görə, Rubio telefon danışıqları zamanı ABŞ administrasiyasının Mərkəzi Avropada sülh axtarmaq niyyətini açıqlayıb.

"Həmkarım Marko Rubio məni əmin etdi ki, Donald Tramp təslim olmayacaq. Tramp mütləq Mərkəzi Avropada sülhü bərqərar etmək istəyir", - Siyarto bildirib.

Macarıstanlı nazir qeyd edib ki, Budapeşt Trampın sülh təşəbbüslərini dəstəkləyir.


SON XƏBƏRLƏR

11 Sentyabr 2025