• Bakı 21° C

    14.84 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

"Turan Tovuz" portuqaliyalı futbolçu transfer etdi

İDMAN

11 Sentyabr 2025 | 21:52

Turan Tovuz portuqaliyalı futbolçu transfer etdi

"Turan Tovuz" son olaraq Sloveniya təmsilçisi "Olimpiya"nın şərəfini qorumuş Xorxe Silvanı transfer edib.

Bakıvaxtı.az  klubun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Vətənində "Sportinq B", "Leyşoeş" və "Pasuş de Ferreyra" kollektivlərinin formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub.

Xorxe Silva son mövsümdə "Olimpiya"nın heyətində 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya Kubokunda isə 2 oyunda meydana çıxıb.


SON XƏBƏRLƏR