• Bakı 22° C

    16.05 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Azərbaycan millisi Belçikaya qalib gəldi

İDMAN

11 Sentyabr 2025 | 18:25

Azərbaycan millisi Belçikaya qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ilk oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan yığma Belçikaya 5:4 hesabı ilə qalib gəlib.

Qarşılaşma İtaliyanın Viareccio şəhərində baş tutub.

Azərbaycanın heyətində Sabir Allahquliyev iki, Elçin Qasımov, Sahib Məmmədov və Ramil Əliyev hərəyə bir qol vurublar.

Qeyd edək ki, milli qrupda növbəti oyununu sentyabrın 12-də Litva yığmasına qarşı keçirəcək.


SON XƏBƏRLƏR