• Bakı 20° C

    15.16 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

ABŞ Zəngəzur dəhlizi üçün 145 MİLYON DOLLAR AYIRACAQ

İQTİSADİYYAT

11 Sentyabr 2025 | 22:53

ABŞ Zəngəzur dəhlizi üçün 145 MİLYON DOLLAR AYIRACAQ

ABŞ Ermənistana 145 milyon dollarlıq maliyyə dəstəyi ayıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brenden Xanrahan məlumat verib.

Vəsait “Tramp Marşrutu” (Zəngəzur dəhlizi) layihəsi çərçivəsində ilk investisiyadır.

Bildirilir ki, Xanrahan Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüşündə regiondakı vəziyyəti, kommunikasiyaların açılması imkanlarını və layihənin əhəmiyyətini müzakirə edib.

ABŞ rəsmisi qeyd edib ki, ayrılan vəsait ticarətə investisiya, infrastrukturun inkişafı, strateji əhəmiyyətli mineralların təchizat zəncirlərinin gücləndirilməsi və sərhəd təhlükəsizliyinin təmininə yönəldiləcək.

Xatırladaq ki, “Tramp Marşrutu” ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə 8 avqustda imzalanmış sazişlərin icrasını dəstəkləyən proqramlardan biridir və Cənubi Qafqazda iqtisadi əməkdaşlıq, nəqliyyat və enerji layihələrinin genişləndirilməsini hədəfləyir.


SON XƏBƏRLƏR

11 Sentyabr 2025