• Bakı 14° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 183 milyard dollara çatıb

İQTİSADİYYAT

11 Oktyabr 2025 | 17:20

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 183 milyard dollara çatıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artaraq 183 milyard ABŞ dollarına çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi AK Partiyanın Rizedəki iclasında bildirib.

O qeyd edib ki, Türkiyə Qərblə köklü münasibətləri qorumaqla yanaşı, Şərqlə, xüsusilə Asiya ölkələri ilə yeni körpülər qurur və əməkdaşlığı inkişaf etdirir: "Hökumət olaraq çox fərqli cəbhələrdə, eyni vaxtda çoxqütblü mübarizə aparırıq. Daxildə iqtisadi problemləri həll etməklə yanaşı, ölkəmizdə terror bəlasını tamamilə aradan qaldırmağa səy göstəririk. Hər iki istiqamətdə müəyyən irəliləyiş əldə etmişik. İnflyasiyada azalma davam edir. İxracımız artır. Zəlzələ bölgələrində bərpa-quruculuq işləri davam etdirilir. Suriyadan Qəzzaya, Balkanlardan Türk dövlətlərinə qədər hər yerdə güclü Türkiyə missiyası ilə hərəkət edirik".


SON XƏBƏRLƏR

10 Oktyabr 2025