• Bakı 15° C

    4.66 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

"Teboil" yanacaqdoldurma məntəqələri şəbəkəsi bağlanır

İQTİSADİYYAT

07 Noyabr 2025 | 18:53

Teboil yanacaqdoldurma məntəqələri şəbəkəsi bağlanır

"Teboil" yanacaq paylama şəbəkəsi Rusiyanın ana şirkəti "Lukoil"in ABŞ sanksiyalarına məruz qalmasından sonra Finlandiyada fəaliyyətini dayandırır.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bununla bağlı "Teboil"in Marketinq və Kommunikasiyalar üzrə direktoru Toni Flikt açıqlama verib.

Onun sözlərinə görə, "Teboil"ə yanacağın tədarükü və ödəniş əməliyyatları dayandırılıb:

"Yeni yanacaq tədarükü olmayacaq və yanacaqdoldurma məntəqələri boş qalacaq. Bəzi stansiyalarda artıq müəyyən yanacaq növləri tükənib və belə stansiyaların sayı hər gün artır. "Teboi"in texniki cəhətdən noyabrın 21-nə qədər vaxtı var, çünki amerikalılar o vaxta qədər şirkətlərə yanacaq zəncirindən əlaqələrini kəsmək imkanı veriblər. Bununla belə, "Teboil"i yanacaqla təmin edən "Neste" və banklar artıq ödəniş əməliyyatlarını və yanacaq tədarükünü dayandırıb".

Qeyd edək ki, 1934-cü ildə əsası qoyulan şirkət ölkənin ən böyük yanacaqdoldurma məntəqələrinin sahiblərindən biridir və sürtkü yağları istehsalçısıdır. 2022-ci ildə "Teboil" yanacaqdoldurma məntəqələri şəbəkəsi Rusiyada fəaliyyətə başlayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR