Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 1,93 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar idxal edib.
Bakıvaxtı.az xəbər verir ki, Report-un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən 2 dəfə çoxdur.
Təkcə sentyabrda Gürcüstan Azərbaycandan 391 min ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb. Bu, bir əvvələ nisbətən 11 dəfə çoxdur.
Bu ilin ilk 9 ayında Gürcüstan xarici ölkələrdən 119,5 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bu da bir il əvvəlki göstəricidən 6,3 % çoxdur.
Hesabat dövründə Gürcüstan Türkiyədən 67 milyon ABŞ dolları, Çindən 13,6 milyon ABŞ dolları, Rusiyadan 9,3 milyon ABŞ dolları, İtaliyadan 4,7 milyon ABŞ dolları, Ukraynadan 3,2 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 152 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bunun da 1,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.
Bakı 



